Özəl:

Banoffi piroqu resepti



Banoffi piroqu resepti
Tərkibi:
Əsası:
2,25 st. peçenye ovuntuğu
110 q kərə yağı
3 x.q. şəkər tozu

İç:
110 q ərinmiş kərə yağı
0,5 st. qəhvəyi şəkər tozu
2 ç.q. vanil
300 ml qatılaşdırılmış süd
2 st. çalınmış qaymaq
3 x.q. şəkər pudrası
4 yetişmiş banan

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
Əsas üçün gərəkli ərzağı qarışdırın, dairəvi formalı siniyə döşəyin. Əlinizlə basıb hamarlayın. Qızılı rəng alanadək, 8-10 dəqiqə bişirin. Tam soyudun.
Kərə yağını qəhvəyi şəkər və vanillə qaynara düşənədək qaynadın, sonra qatılaşdırılmış süd əlavə edin.
Ocağı azaldıb 3-4 dəqiqə, rəngi tündləşincə bişirin.
Ocaqdan götürüb soyumuş korjun üstünə tökün. 
Soyudun, sonra isə soyuducuda 2 saat saxlayın.
Çalınmış qaymağı şəkər pudrası və 1 ç.q. vanillə möhkəm çalın.
Bananı nazik doğrayıb qaymağa əlavə edin, qarışdırın. Bu kremi piroqun üstünə əlavə edin. Daha 1 saat soyuducuda saxlayın.
Üzərini şokoladla bəzəyin.

Nuş olsun!
loading...
  • 11-06-2016, 01:00
  • 1101
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər