Özəl:

Şokoladlı mannı halvası resepti



Şokoladlı mannı halvası resepti
Tərkibi:
500 q mannı
1 st. fındıq
250 q kərə yağı
3 st. isti su
1 st. süd
2 st. şəkər tozu
1 paket şokolad yonqarı ("Bitter")

Üzəri üçün:
0,5 paket şokolad ("Bitter")
nanə yarpağı

Qeyd: ölçülər armudu stəkanla verilib.

Hazırlanması:
Fındıqları tavada qovurun. Yarısını döyün.

Kərə yağını tavada əridin, içinə mannı tökün, dayanmadan qarışdıraraq 10 dəqiqə qovurun. Üzərinə 3 st. isti su və 1 st. süd əlavə edib qarışdırın. Sonra şəkər tozu və şokolad yonqarını da əlavə edin, ocağı azaldıb 10 dəqiqə bişirin. Altını söndürün. Diri fındıqları əlavə edib qarışdırın. Qapağını örtüb 20 dəqiqə saxlayın. Sonra kasaya yığıb boşqaba tərs çevirin. Üzərinə döyülmüş fındıq səpin, su hamamında əridilmiş şokolad və nanə yarpağı ilə bəzəyin.

Nuş olsun!
loading...
  • 6-05-2016, 23:00
  • 645
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər