Özəl:

Midiya pirojnaları



Midiya pirojnaları
Tərkibi (70-80 ədəd):
400 q qat-qat xəmir
3 yumurtanın ağı
1 st. şəkər tozu
vanil
şəkər pudrası (üzərinə)

Hazırlanması:
Yumurta ağı və şəkər tozundan beze çalın, vanil əlavə edin (yumurta ağlarını bir neçə saat soyuducuda saxlayıb, sonra çalın, az-az şəkər tozu əlavə edin). Bu zaman şəkər pudrası yox, məhz şəkər tozu götürmək lazımdır, çünki nə qədər də çox çalsanız, bezenin tərkibində əriməmiş şəkər tozu dənəcikləri qalır və bişən zaman karamelləşir.
Qat-qat xəmirin donunu açın, un səpilmiş masada, demək olar ki, şifon nazikliyində yayın.
Xəmirdən stəkan və ya badənin köməyilə dairələr kəsin. Hər birinin ortasına yarım çay qaşığı beze qoyun, kənarını varenik kimi bərkidin.
Formanı yağlayın, yaxud perqament döşəyin. Pirojnaları içinə düzün. 160 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Bişən zaman sobanın ağzını qətiyyən açmayın.
Hazır pirojnalar midiya kimi açılıb, karamel rəngdə olmalıdır. Bu zaman beze onun içindən axmır.

Pirojnaları boşqaba düzüb üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 12 iyun 2016 15:51
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Qeseng dadlı olar

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər