Özəl:

Nisuaz salatı resepti



Nisuaz salatı resepti
Ərzaqlar:
Salat üçün:
Yaşıl uzun lobya – 200 qr.
Kartof – 3 ədəd
Pomidor – 2 ədəd
Kahı salat yarpaqları – 3 ədəd
Qırmızı soğan – 1 ədəd
Ançouslar – 100 qr.
Bildirçin yumurtası – 4 ədəd

Sousu üçün:
Sarımsaq – 1 diş
Sirkə – 2 ç.q.
Şəkər tozu – 1 ç.q.
Duz
Zeytun yağı – 2 x.q.
Xardal – 1 ç.q.

Hazırlanması:
Lobya duzlu qaynar suda bişirilir. Çalışın çox yumşaq olmasın, şux qalsın. Sonra suyunu süzüb soyudursuz. Kartofu qabıqlı bişirib, soyursuz. Pomidorlar uzunsov 4-5 yerə doğranılır. Kahı yarpaqları əllə iri bölünür.
İndi sous hazırlayın: Sarımsaq əzilir, üzərinə sirkə, duz, şəkər tozu əlavə olunub, qarışdırılır. Sonra zeytun yağı töküb mikserlə çalınır. Ən sonda xardal əlavə olunub, daha 1 dəqiqə mikserlə qarışdırılır. Sous 20-30 dəqiqəlik bir kənara qoyulur.
Salat üçün qaba kahı yarpaqları qoyulur, üzərinə nazik halqavari doğranmış qırmızı soğanlar düzülür. Kartoflar 4-5 yerə uzunsov doğranıb, üzərindən səliqə ilə düzülür. Kartofların cərgəsinə doğranmış pomidorlar düzülür. Bunların üzərindən yaşıl lobya əlavə olunur.
Suda bişmiş bildirçin yumurtalarını soyub, ortadan bölüb, salatın kənarından düzürsüz. Ançous balıqları sümükdən təmizlənir, salatın üzərinə qoyulur. Sous salata gəzdirilir və NİSUAZ süfrəyə verilir.
Ançousların əvəzinə tuns balığı da istifadə edilə bilər.

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər