Özəl:

Noxud və pendirlə boranı salatı



Noxud və pendirlə boranı salatı
Tərkibi (2-4 pay):
150 q noxud
400 q boranı
100 q feta
2 x.q. limon şirəsi
cəfəri
4 x.q. zeytun yağı
qara istiot
çili istiotu (quru)
0,5 ç.q. zirə
duz

Hazırlanması:

Noxudu gecədən isladın. Səhəri gün yumşalınca bişirin. Suyunu süzün, soyudun.
Boranını təmizləyib tərəfi 2 sm olan kubik doğrayın. Siniyə perqament döşəyin, əgər şüşə, yaxud keramik formanız varsa, perqament gərək deyil. Boranını içinə yığın. Üzərinə zeytun yağı gəzdirin, quru çili, duz və zirə səpin. Yaxşıca qarışdırın. Sonra bir lay yayın. Sobanı 200 dərəcə qızdırın. Boranını 10-15 dəqiqə, hazır olanadək bişirin. Boranı yumşaq olmalı və bir qədər karamelləşməlidir.
Fetanı boranı kubikləri ölçüsündə doğrayın. Cəfərini xırda doğrayın. Kasada limon şirəsi, duz, istiot və 3 x.q. zeytun yağını qarışdırın. Noxud, boranı, feta, cəfərini qarışdırın, üzərinə sousu gəzdirin.

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər