Özəl:

Gözəllik salatı



Gözəllik salatı
Gözəllik salatını 2-3 həftə ərzində hər gün yemək lazımdır.
Bu salat orqanizmi toksinlərdən, şlaklardan və s. ziyanlı maddələrdən təmizləyir, insanı daha gümrah edir, arıqlamağa kömək edir, üz dərisinin və saçların vəziyyətini yaxşılaşdırır.
Gözəllik salatının resepti:

Lazım olan məhsullar:
- 3 xörək qaşığı yulaf yarması (qerkules)
- 1/2 stəkan qaynar su
- 1 yaşıl alma
- 1 xörək qaşığı kişmiş
- 2 qara qavalı qurusu
- 3 qaşıq qatıq
- 2 qoz ləpəsi.

Hazırlanması:
1. Axşamdan yulaf yarmasını qaynar suda isladın.
2. Səhər sürtgəcdən keçirilmiş alma əlavə edin.
3. Kişmişi və qara qavalı qurusunu yaxşı yuyun və qaynar suda 5 dəqiqə ərzində saxlayın. Kişmişi yulaf yarmasına əlavə edin. Qara qavalının çəyirdəyini çlxardın, xırda doğrayın və yulaf yarmasına əlavə edin.
4. Qozu doğrayın, əlavə edin.
5. Qatıq əlavə edin, qarışdırın. Salat hazırdır.

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər