Özəl:

Qayğanaqlı salat resepti



Qayğanaqlı salat resepti
Tərkibi:
500 q toyuq filesi 
7 yumurta
200 q soğan 
duz
mayonez
bitki yağı
1 banka qarğıdalı konservi

Hazırlanması:
Toyuq filesini suda bişirin (qaynara düşəndən sonra 20 dəqiqə bişirin). 
(Soğan sevməyənlər onu reseptdən çıxara bilərlər)
Soğanı xırda doğrayıb, üzərinə qaynar su töküb 10 dəqiqə saxlayın, süzüb soyuq su ilə yuyun
Toyuq bişən müddətdə qayğanaqları da bişirin. Hər yumurtanı ayrılıqda qaba qırın, duz-istiot vurun, çalın. Bitki yağını tavada qızdırın, yumurtanı töküb hər iki üzünü qızardın. (Hər yumurtanı ayrılıqda bişirin). 7 qayğanağı üst-üstə yığıb 4 yerə bölün, sonra saman kimi doğrayın. 
Bişib soyumuş fileni xırda doğrayın, yumurta, soğan, süzülmüş qarğıdalı konservi, duz, mayonezlə qarışdırın. 

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 4 may 2016 15:01
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Cox beyendimm

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər