Özəl:

İçli küftə resepti



İçli küftə resepti
Tərkibi:
2 su stəkanı incə yarma
1 su stəkanı su
200 qram çiy küftəlik qıyma
2 ədəd kartof (qaynadılmış)
1 ədəd yumurta
1 şirin qaşığı duz
1 şorba qaşığı pulbiber

İçinə:
Yarım kq ət
Yarım kq soğan
Yarım su stəkanı qoz içi
Yarım su stəkanı fıstıq
Duz, qara bibər, kimyon

Qızartmaq üçün:
Duru yağ

Hazırlanması:
Qıymanı soğan ilə birlikdə qovurun. Ədviyyatları, fıstıq və qozu əlavə edib, 1-2 dəqiqə daha qovurduqdan sonra ocaqdan götürüb, soyudun. Yarmanı 1 su stəkanı su ilə isladın. 15 dəqiqə gözlətdikdən sonra qıyma, yumurta, kartof, duz, 1 şorba qaşığı isladılmış pulbiber əlavə edərək yaxşıca yoğurub, xəmir halına gətirin. Xəmirdən qoz böyüklüyündə parçalar qoparın və nəm əlinizlə içini oyaraq açın. Bir şorba qaşığı iç vəsaiti qoyub, küftəni yumurta şəklində bağlayın. Qızğın yağda qızardıb, xidmət edin.

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 2
  • 30 may 2015 17:24
  • Xəbər sayı: 0
  • Şərh sayı: 33
əla.təşəkkürlər.
Offline
  • Şərh №: 1
  • 30 may 2015 13:26
  • Xəbər sayı: 1281
  • Şərh sayı: 311
terkibindeki bir iki seyi beyenmedim

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər