Özəl:

Araxislə qovrulmuş toyuq filesi



Araxislə qovrulmuş toyuq filesi
Tərkibi (8 pay): 
8 toyuq filesi
2 st. araxis
4 yumurta
2 x.q. soya sousu
2 st. narın suxarı
1 st. un
duz
bitki yağı

Hazırlanması:
Toyuq filesini axar soyuq su ilə yuyub, üzərindəki pərdəni, piy qatını təmizləyin. Sonra qalın kağız salfetlə qurulayın.

Yumurtaları səliqəylə stəkana qırın, stəkanın ağzınacan təmiz su tökün. Sonra bunu dərin qaba tökün. Eynicinsli kütlə alınanadək çalın, soya sousu əlavə edib yenə çalın.

İri boşqaba, yaxud dərin formaya unu ələyin. Başqa iri qaba narın suxarını tökün.

Araxisi quru tavada qovurun, qabığını təmizləyin. Duzlayıb blenderdə, yaxud bıçaqla xırdalayın. Narın suxarı olan qaba töküb qaşıqla yaxşıca qarışdırın.

Tavaya yağ töküb vam odun üzərinə qoyun. Yağ qızana qədər toyuq filelərini əvvəlcə una, sonra soyalı klyara, sonda isə suxarı ilə araxis qarışığına batırın.

Sonra ehmalca fileləri tavaya yığıb ocağı orta itiliyə qaldırın, hərtərəfli bişirin. Hər tərəfinə 4-5 dəqiqə kifayət edər. Çalışın, tez-tez çevirməyin.

Hazır toyuq ətlərini şəbəkənin üzərinə düzün. Duz səpin. Azca soyuyandan sonra süfrəyə verin.
Onu süfrəyə həm isti, həm soyuq vermək olar. Qarnir kimi kartof püresi, yaxud tərəvəz salatı götürmək olar. Həmçinin yanında qozlu, qaymaqlı, yaxud pendirli sous da vermək olar.

Nuş olsun!
Offline
  • Şərh №: 1
  • 8 mart 2017 22:03
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
araxis nedi? ???,

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər