Özəl:

Nektarin və alma ilə bişirilmiş ördək budu



Nektarin və alma ilə bişirilmiş ördək budu
Tərkibi (3 pay): 
6 ördək budu
6 nektarin 
6 göy alma
təzə kəklikotu
təzə rozmarin
2 x.q. limon şirəsi
2 x.q. bitki yağı
duz
qara istiot

Hazırlanması:
Ördək budlarını yuyub kağız salfetlə qurulayın. Buddibi ilə budu ayırmaq, ya da bütöv bişirmək olar.
Duz-istiot, kəklikotu və rozmarin vurun. 
Limon şirəsini bitki yağı ilə çalın, budların üzərinə çəkib 2 saat (hətta 1 gecə) saxlayın. 
Nektarinlə almaları yuyub qurulayın. Nektarinləri 2, almaları 4 yerə bölüb dənələri ilə cecəyini çıxarın. 
Formanı bitki yağı ilə yağlayıb marinadda saxladığınız budları düzün. Aralarına meyvələri yerləşdirin. Üzərini folqa ilə kip bağlayıb 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Sonra folqanı çıxarıb sobanın üst qrilini qoşun və 10 dəqiqə, üzəri qızarınca bişirin. 

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər