Özəl:

Badımcanla toyuq qanadı qovurması



Badımcanla toyuq qanadı qovurması
Tərkibi: 
500 q toyuq qanadları 
1 badımcan
1 bolqar bibəri 
1 baş soğan 
1 yerkökü
acı istiot 
2 sm zəncəfil kökü
1 diş sarımsaq
2 x.q. soya sousu
turşməzə sous (Blue Dragon)
100 q toyuq bulyonu 
qara və ağ küncüt
dəniz duzu 
qara istiot
göyərti 

Hazırlanması:
Toyuq qanadlarını yuyub aşsüzənə yığın, suyu çəkilsin. Uc hissəsini kəsib atın, oynaq hissədən iki bölün.

Hər iki üzünü tam qızardın. Dərin qaba yığıb ağzını örtün. 

Soğanı yarımhalqa, yerkökünü saman kimi doğrayın. Toyuq qanadlarını qızartdığınız tavada azacıq qovurun. 

Doğranmış bolqar bibərini əlavə edib 1-2 dəqiqə qovurun. 

Barmaqdan azca nazik, uzunsov doğranmış badımcanı əlavə edin. Badımcan hərtərəfli qızaranda toyuq bulyonunu əlavə edin. 

Toyuq qanadlarını əlavə edib qarışdırın. 

Xırda doğranmış sarımsaq və acı istiotu əlavə edin. 

Təmizlənib xırda doğranmış zəncəfil kökünü əlavə edin. 

Soya sousu qatın. Turşməzə sous paketinin yarısını əlavə edin. Dadına baxıb duz, istiot vurun, qarışdırın, daha 5-7 dəqiqə bişirin. 

Ocağı söndürüb 5 dəqiqə qazanı dəmdə saxlayın. 

Süfrəyə verərkən üzərinə qara və ağ küncüt, xırda doğranmış göyərti səpin.
 
Nuş olsun!
Offline
  • Şərh №: 1
  • 8 mart 2017 22:04
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
sinamisam cox gozel olur.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər