Özəl:

"Kasıb cəngavər" deserti



Bu sadə desert - "Arme Ritter" (almanca "kasıb cəngavər"), deyilənə görə, hələ Roma imperiyasının vaxtında hazırlanırmış. Qurumuş çörəyi atmamaq üçün belə kasıbyana resept fikirləşiblər. 14-cü əsrdə, Qrimm qardaşlarının lüğətində "Kasıb cəngavar"in hazırlanma qaydası göstəriləndən sonra bu desert daha da populyarlaşıb. Əgər çörəyin qədərini artırsan, üzərinə cem yaxıb ikisini birləşdirsən, üzərinə badam yonqarı səpsən, onda ayrı desert alınır, cəngavərlər "varlanır" və desertin də adı dəyişib olur "Reiche Ritter". Onu həmçinin şokolad pastası və vetçina-pendirlə də hazırlayırlar. Hər şey fantaziyadan asılıdır.

Tərkibi (4-5 pay): 

8-10 dilim ağ çörək 
2 yumurta
250-300 ml süd
8 q vanilli şəkər tozu
1 x.q. şəkər tozu
1 çimdik darçın 
100 q çörək qırıntısı, yaxud narın suxarı
qızartmaq üçün yağ

Hazırlanması:
Yumurtanı südlə qarışdırın, şəkər tozu ilə darçın qatın. 

Hər dilimi südlü qarışığa, sonra suxarıya batırın. Sonra yenidən südlü qarışığa salıb suxarıya batırın. 

Yağda qızılı rəng alanadək qızardın. 

Ərzağın qədərini dəyişmək olar, yəni daha artıq götürə bilərsiniz. Əsas odur ki, çörək təzə deyil, bayat olsun. Həmçinin üzərinə sevdiyiniz cemi çəkib, qoz-fındıq, badam yonqarı səpə bilərsiniz. 

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər