Özəl:

Pendirli çöplər



Pendirli çöplər
Tərkibi: 
150 q bərk pendir
1,5 st. un
80 q yağ
4 x.q. süd
duz (zövqə görə)
1 balaca limonun sedrası
qara çörəkotu, küncüt (zövqə görə) 

Hazırlanması:
Pendirlə kərə yağını sürtgəcin xırda gözündən keçirin. Yaxşıca qarışdırın. Qara çörəkotu ilə küncüt də əlavə edə bilərsiniz. 
Duz, süd, sedra qatıb bir də qarışdırın. 
Sonra unu əlavə edib elastik xəmir yoğurun. 

Xəmiri 0,5 sm qalınlıqda yayın. Şəridlərə doğrayıb onları əlinizlə yayaraq borucuq halına salın. 

Perqament kağızının üzərinə düzüb 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızılı rəng alanadək bişirin. 

Soyuduqdan sonra yeyin. Pendirin dadı məhz soyuduqdan sonra bilinir.

Hazır pendir çöplərini xırt-xırt olsun deyə ağzıbağlı kağız qutuda saxlamaq lazımdır. 

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər