Özəl:

İspanaq və badımcanla piroq



İspanaq və badımcanla piroq
Tərkibi (6-8 pay): 
400 q qat-qat xəmir
200 q Filadelfiya pendiri (bərk pendirlə əvəzləmək olar)
200 q ispanaq 
1 badımcan
1 yumurta
2 diş sarımsaq 
duz
qara istiot
zeytun yağı

Hazırlanması:
İspanağı yaxşıca yuyub suyunu çəkməsi üçün kağız salfetkanın üstünə düzün. 

Sarımsağı xırda doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun, ispanağı əlavə edib iki dəqiqə bişirin. Duz vurub ocaqdan götürün. 

Badımcanı fal-fal doğrayıb hər iki üzünü qırmızı rəng alanadək yağsız tavada qızardın, duz-istiot vurun. 

Kasada pendirlə yumurtanı qarışdırın. 

Xəmiri düzbucaqlı yayın. Gözəyarı 3 yerə bölün. İki kənarında paralel kəsiklər edin, ortasını bütöv saxlayın. Xəmiri perqament döşənmiş siniyə qoyun. Kəsiklərin bərabərində ortada badımcan dilimlərini düzün. 
İspanağı bərabər qaydada yayın. Üzərinə pendirli qarışığı çəkin. Əgər badımcan dilimləri qalıbsa, onu da üzərinə düzün. Sonra xəmirin iki kənarını ortada ağız-ağıza gətirib düyün kimi bitişdirin. Bu zaman əllərinizi isladın ki, xəmirin "tikişləri" açılmasın. 
Piroqun üzərinə zeytun yağı çəkib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. 
Süfrəyə isti-isti verin. 

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər