Özəl:

"Quş südü" kotleti



Ərzaqlar:
Toyuq filesi – 500 qr.
Çörək – 2-3 dilim
Soğan – 1 baş
Yumurta (çiy) – 2 ədəd
Yumurta (bişmiş) – 2 ədəd
Şüyüd və ya cəfəri – yarım dəstə
Süd – 200 ml.
Un – ½ st.
Sürtgəcdən keçirilmiş bərk pendir – 100 qr.
Kərə yağı – 30 qr.
Duz – istiot
Çay sodası – bir çimdik

Hazırlanması:

Çörək dilimlərini 100 ml. süddə isladırsınız. Toyuq filesi, baş soğan, südlü çörək ətçəkəndən keçirilir. Kütlə duzlanır, istiotlanır və yaxşıca qarışdırılır.  
İndi içliyi hazırlayaq: Bişmiş yumurta, pendir, kərə yağı, xırdalanmış göyərti bir qabda yaxşıca qarışdırılır.
Farşdan götürürük, əlimizlə forma veririk, yastılayırıq, tən ortasına 1 ç.q. içlik qoyuruq və kənarları ilə bağlayıb, kotlet formasına salırıq.
İndi isə bir qabda çiy yumurtaları, 100 ml. südü, unu, bir çimdik duz və sodanı qarışdırırıq. Hər bir kotleti bu qarışıma batırıb, çıxarırıq və bitki yağında tam hazır olana kimi qızardırıq.
"Quş südü” kotletləri kartof püresinin yanında duzlu xiyarla çox əla gedir! Nuş olsun!

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 6 sentyabr 2016 12:42
  • Xəbər sayı: 4
  • Şərh sayı: 157
beyenmedim men sud xowlamram

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər