Özəl:

Toyuq ətini bu dəfə otlarla bişirdik



Toyuq ətini bu dəfə otlarla bişirdik
Ərzaqlar:
Toyuq filesi – 4-6 ədəd
Toyuq bulyonu – 0,7 st.
Krem pendir – 120 qr.
Baş soğan – 1 ədəd
Sarımsaq – 1 diş
Yarım dənə limon
Zeytun yağı 2 x.q.
Un – 1 x.q.
Quru reyhan – 1 ç.q.
Oreqano – 1 ç.q.
Quru tərxun – 1 ç.q.
Duz – zövqə görə
Üyüdülmüş qara istiot – zövqə görə

Hazırlanması:

Toyuq filelərinə zeytun yağı sürtürsünüz, duz-istiot vurursunuz. Onları orta odda isidilmiş yağda tavada çəhrayı rəng alana kimi qızardırsınız. Boşqaba qoyursunuz.
Tavada qalan yağın içinə əzilmiş sarımsağı, xırdalanmış soğanı, reyhan, tərxun və oreqanonu tökürsüz, cəmi 2 dəqiqə qovurursunuz.
Krem pendiri tavaya töküb ədviyyatlarla (otlarla) qarışdırırsınız, üzərinə bulyonu, unu, limon şirəsini əlavə edirsiz, qarışdırırsınız və qapağı bağlayıb 5-10 dəqiqə sous qatılaşana kimi bişirirsiniz.
Ən sonda fileləri sousun içinə qoyursunuz və daha 2-3 dəqiqə bişirirsiniz.

Nuş olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər