Özəl:

Milli mətbəximizdən göy qutab



Milli mətbəximizdən göy qutab
Xəmir üçün:
Un – 1 kq.
Su – 2 st.
Yumurta – 1 ədəd
Duz – bir çimdik

İçlik üçün:

Baş soğan – 1 ədəd
Ərinmiş kərə yağı – 2 x.q.
Göyərtilər – şüyüd, keşniş, kərəviz, ispanaq – zövqdən asılı olaraq.
Duz – istiot
Kərə yağı – yağlamaq üçün
Qatıq – sumaq – masaya vermək üçün

Hazırlanması:

Əvvəlcə xəmiri yoğururuq. Üstünü örtüb dincə qoyuruq. Bu vaxt ərzində göyərtilər yuyulur, xırdalanır. Baş soğan yağda pörtlədilir. Göyərtilərə vurulur, duz – istiot səpilir və qarışdırılır. İçlik hazır.
Xəmir gəlibsə, o zaman ondan yumurtadan da kiçik kündələr kəsirik, yumrulayırıq və yayırıq. Sonra xəmirin tən yarı hissəsinə içlikdən qoyuruq və digər tərəfi ilə örtürük -  aypara şəklində.
Sonra ya isidilmiş sacda, ya da tavada heç bir yağ vurulmadan hər iki üzünü qızardırıq. İsti-isti yağlayırıq. Qatıqla, sumaqla süfrəyə təqdim edirik.

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 2
  • 6 sentyabr 2016 12:39
  • Xəbər sayı: 4
  • Şərh sayı: 157
cox sevirem arada hazrlayiram

--------------------
Offline
  • Şərh №: 1
  • 2 sentyabr 2016 20:25
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Çoooox sevirem çox dadlı olurrrrrr 01

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər