Özəl:

Qayıq küftəsi



Qayıq küftəsi
Tərkibi (6 pay):
500 q mal əti
4-5 x.q. narın suxarı
1 ç.q. zirə
1 ç.q. nanə qurusu
1 çimdik qara istiot
1 çimdik duz
1 armudu st. su

iç:
1 banka Meksika qarışığı (qarğıdalı, noxud, bibər)
1 soğan
1 ç.q. kəklikotu
2 x.q. zeytun yağı
2 x.q. tomat pastası

üzərinə:
1 st. sürtgəcdən keçirilmiş holland pendiri

Hazırlanması:

Küftə üçün gərək olan ərzağı yoğurun. Yumurta boyda küftələr tutub ortasını basın, qayıq forması verin. Kənarlarının nazik olmasına çalışın. Yağlanmış perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobaya qoyun.
Xırda doğranmış soğanı zeytun yağında qovurun, qarğıdalı-noxud qarışığını və kəklikotu əlavə edərək bişirin.
Sobadakı küftələri çıxararaq qovurduğunuz tərəvəzi içinə paylaşdırın. Bir kasada zeytun yağı, su, tomat pastasını qarışdırın. Küftələrin üzərinə gəzdirin. Təkrar sobaya qoyub 10-15 dəqiqə bişirin.
Bişənə yaxın üzərinə sürtgəcdən keçirilmiş pendir səpin, qızaranda sobadan çıxarın.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 22 iyul 2016 07:35
  • Xəbər sayı: 17
  • Şərh sayı: 119
Immm.çox beyendimmm....dadlı olar .....

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər