Özəl:

Göbələkli mücvər



Göbələkli mücvər
Tərkibi:
2 kartof
1 yumurtanın ağı
şüyüd
göy soğan
3-4 x.q. un
1 ç.q. sürtgəcdən keçirilmiş holland pendiri
duz
istiot
300 q göbələk

qızartmaq üçün:
1 yumurta
nazıik, xırda vermişel
zeytun yağı

Hazırlanması:
Kartofları suda bişirib əzin. Yumurta ağını ayrı qabda möhkəm köpüklənib ağarınca çalın. Başqa qabda unu sürtgəcdən keçirilmiş holland pendiri, duz və istiotla yoğurun. Xırda doğranmış şüyüd, göy soğan, göbələk və əzilmiş kartofu qatıb qarışdırın. Çalınmış yumurta ağını az-az əlavə edib yoğurun.
Bir kasaya yumurtanı qırın. Bir boşqaba isə vermişeli qoyun. Kartoflu qarışıqdan qaşıqla götürüb kotlet tutun, əvvəl yumurtaya, sonra isə vermişelə batırın. Qaynar yağda hər iki üzünü qızardın. Artıq yağını çəkməsi üçün kağız salfetin üstünə qoyun.
Süfrəyə isti-isti verin.

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər