Özəl:

Makaronlu toyuq şişləri resepti



Makaronlu toyuq şişləri resepti
Tərkibi:
500 q toyuq budu
1 çimdik biberiye
2 diş sarımsaq
Duz
İstiot
Duru yağ

Makaronları üçün:
1 paket çubuq makaron
5 pomidor
1 xörək qaşığı tomat
1 kasa istiot püresi
1 dəstə reyhan
2 diş sarımsaq
Duz
Zeytun yağı

Hazırlanması:

Toyuq ətini küp küp doğrayıb çöp şişlərə düzürük Düzbucaqlı şüşə soba qabına toyuq şişləri düzərək duz, istiot vururuq. Doğranmış sarımsaqları istifadə edirik. Biberiye yarpaqlarını üstünə səpirik. Zeytun yağını tökürük. Qarışdırırıq və yağlı kağız sərilmiş soba xonçasına düzürük Əvvəldən isidilmiş 180 dərəcəlik sobada bişiririk.

Makaron üçün su qaynadırıq və çubuq makaronları qırmadan qazana qoyuruq. Duzunu və zeytun yağını da verib qaynadırıq. Sarımsaqları və reyhanı doğrayırıq. Pomidorları soyuruq və xırda kub şəklində doğrayırıq. Tavaya zeytun yağını tökürük. Sarımsaq və reyhanı qoyuruq. İstiot püresini, pomidorları və abqora qoyuruq, qovururuq. Duzunu atırıq. Boşqaba pörtmüş makaronu qoyuruq. Üstünə istiotlu pomidor sousu tökürük. Üstünə də toyuq şişləri düzərək xidmət edirik.

Nuş olsun!
loading...
  • 20-05-2016, 20:00
  • 560
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər