Özəl:

Badımcanlı plov resepti



Badımcanlı plov resepti
Tərkibi:
4 ədəd badımcan
2 ədəd rəndələnmiş pomidor
2 ədəd soğan
2 stəkan düyü
3 stəkan isti su
1 kiçik stəkan zeytun yağı
Təzə nanə
Quru nanə
Duz

Hazırlanması:

1. Badımcanları zolaqlı soyub kub şəklində doğrayın. Bundan sonra kub şəklində doğradığınız badımcanları 10 dəqiqə duzlu suda gözlədin. Bundan sonra badımcanların suyunu süzün, qurulayın. Suyu süzülüb qurulanan kub şəkilli badımcanları qaynar yağda qızardın. Yağdan çıxardın. Kağız dəsmal üzərinə qoyun ki, artıq yağları süzülüb ayrılsın.

2. Bir qazana zeytun yağı qoyun. Soğnları mətbəx robotu vasitəsi ilə çox kiçik ölçüdə doğrayın. Düyünü ayırtlayın və isti suda islağa qoyun.

Sonra bu doğradığınız kiçik soğanları zeytun yağında qovurun. Qovrulmuş soğanın üzərinə rəndələnmiş pomidor əlavə edin. Bu arada islanmış olan düyülərin suyunu süzün. Soğanla pomidor birlikdə biraz bişdikdən sonra bunların üzərinə suda isti suda islağa qoyduğumuz düyünü əlavə edin.

3. 
Qovrulmuş düyünün üzərinə əvvəlcədən qızartdığımız badımcanları, isti su və duzu əlavə edib təqribən 15 dəqiqə van odda suyunu çəkənə qədər bişirin.

4. Plov bişdikdən sonra üzərinə incə-incə doğranmış yaşıl nanəni, əzilmiş quru nanəni əlavə edin və plovun dəmlənməsini gözləyin.

Badımcanlı plovu servis edərkən biraz soyumasını gözləyin. Süfrəyə verərkən ilıq və ya soyuq olarak servis etmək olar.

Nuş olsun!
loading...
  • 6-06-2016, 05:00
  • 577
  • 0

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər