Özəl:

Badımcandan dadlı qəlyanaltı resepti



Badımcandan dadlı qəlyanaltı resepti
Tərkibi:
150 qr badımcan
25 qr çerri pomidoru (marinada qoyulmuş)
10 qr ciabatta çörəyi və ya adi baton
2 qr sarımsaq yağı
5 qr parmesan pendiri
15 qr zeytun yağı
1 qr kəklikotu
1 qr duz

Hazırlanması:
1. Orta badımcan hazır olana qədər kömürdə bişirilir (və ya adi kabab kimi şişə çəkilmiş halda). Bişəndən sonra qabığı soyulur.

2. Çay qaşığı ilə ehtiyyatla badımcanın içi çıxarılır.

3. Badımcanın içi çıxarılandan sonra, xırda-xırda doğranıb boşqaba qoyulur.

4. Xırda doğranmış soğan əlavə edilir.

5. Xırda doğranmış göyərti əlavə edilir (misal üçün, reyhan, kəklikotu, tərxun). Üzərinə sarımsaq yağı əlavə edilir.

6. Ardınca zeytun yağı əlavə edilir.

7. Zövqə görə duz əlavə edilib qarışdırılır.

8. Bir tavada çörək dilimləri qızardılır.

9. Badımcandan hazırlanmış qəlyanaltını ayrıca bankaya yerləşdirib, üzərinə marinad olunmuş çerri pomidoru qoyub, çörəyin üzərinə isə parmesan pendiri qoyub süfrəyə verilir.

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 1
  • 5 may 2016 14:07
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
İmmmnyam çox sevdim

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər