Özəl:

Kələmlə doldurulmuş bibər



Kələmlə doldurulmuş bibər
Tərkibi
35-40 ədəd şirin bibər 
3-3,5 kq kələm
1 acı istiot
2 yerkökü
13 diş sarımsaq 
göyərti - şüyüd, cəfəri

Marinad
1 l su
2 x.q. duz
1 x.q. şəkər tozu
0,5 st. bitki (günəbaxan) yağı
0,5 st. 9%-li sirkə

Hazırlanması
Şirin bibərin toxumlarını təmizləyib hissə-hissə qaynayan suya salaraq  5-7 dəqiqə saxlayın. Sonra çıxarıb soyudun. 
Kələmi xırda doğrayın, xırdalanmış göyərti, sürtgəcdən keçirilmiş yerkökü, sarımsaq və acı istiotla (zövqə görə sonuncuların  qədərini artıq etmək olar) qarışdırın. 
Azca duz vurub bibərlərin içini doldurun, bankalara yığın. 
Marinad üçün olan ərzağı qarışdırıb qaynadın. Bibərlərin üstünə tökün. 
Bankaların ağzına qapaq qoyub sterilizə edin: 2-litrlik bankaları 30, 1-litrlik bankaları isə 20 dəqiqə qaynatmaq lazımdır. 
Sonra qapaqlarını bağlayın, tərs çevirib tam soyuyunca belə saxlayın. Sonra düz çevirib soyuq yerdə saxlayın. 

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 1
  • 12 iyul 2015 20:58
  • Xəbər sayı: 1281
  • Şərh sayı: 311
oyyy nyam cox sevdiyim turşu, ölürəm dadi üçün

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər