Özəl:

Əlüstü marinə edilmiş göbələk



Əlüstü marinə edilmiş göbələk
Tərkibi: 
800 q təzə şampinyon 
4 l su
3 x.q. 5%-li sirkə və ya 1 limonun şirəsi 

Marinad:
0,5 fincan 5%-li sirkə
2 ç.q. duz
1 ç.q. şəkər tozu
3 diş sarımsaq 
2-3 dəfnə yarpağı
0,5 ç.q. üyüdülmüş qara istiot 
1 şirin qırmızı bibər 
1,5 x.q. doğranmış şüyüd
2 fincan su
0,5 fincan bitki yağı

Marinad:
Qazanda sirkə, duz, şəkər tozu, doğranmış sarımsaq, dəfnə yarpağı, üyüdülmüş qara istiot, qırmızı bibər və şüyüdü qarışdırın. Vam odda bişirin, qaynara düşəndən sonra 5 dəqiqə qaynasın. 2 st. su tökün, qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin. Yağ əlavə edib ocağı söndürün.  

4 l suyu 3 x.q. sirkə və ya 1 limonun şirəsi ilə qaynadın. Göbələkləri yuyub 4 yerə bölün (xırdadırsa, iki bölün), qaynayan suya tökün. Qarışdırıb qapağını örtün, daha 3 dəqiqə bişirin. 

Göbələyin suyunu süzün, marinadı üstünə tökün, daha 2-3 dəqiqə marinadın içində bişirin. Otaq temperaturunadək soyudun. Sonra isə 1 gecə soyuducuda saxlayın. 

Nuş olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər