Özəl:

Çox ləzzətli çiyələk mürəbbəsi



Çox ləzzətli çiyələk mürəbbəsi
Ən dadlı mürəbbələrdən biri olan çiyələk mürəbbəsinin bişirilməsində bəzi incəliklər var.
Təqdim etdiyimiz reseptə uyğun bişirilən mürəbbə həm dadına, həm də xarici görünüşünə görə çox gözəl alınır.

Lazım olan məhsullar:
- Çiyələk - 1 kq
- Şəkər tozu - 1-1,2 kq (çiyələk şirindirsə - 1 kq, çox şirin deyilsə - 1,2 kq şəkər tozu götürülür).

Hazırlanması:
1. Çiyələyi bir-bir seçin (yetişib ötmüş, əzik, xarab meyvələr istifadə olunmur), yuyun və yalnız bundan sonra kasayarpaqları qopardın.
2. Çiyələyi minalanmış ləyənə tökün, daha iri meyvələri tən yarı bölün. Üzərinə şəkər tozu tökün və 4-6 saat ərzində saxlayın ki, çiyələk şirəsini buraxsın.
3. Daha sonra ləyəni odun üzərinə qoyun, qaynamağa başladıqda odu azaldın və mürəbbənin üzərinə çıxan köpüyü yığa-yığa 5 dəqiqə ərzində qaynadın və oddan götürün.
4. Mürəbbəni 10 saat ərzində saxlayın və sonra yenə 5 dəqiqə ərzində qaynadın və 10 saat soyudun. Mürəbbəni 3 dəfə hər dəfə 5 dəqiqə ərzində bişirmək lazımdır. Bunun nəticəsində meyvələr öz formasını saxlayacaq və dağılmayacaq.
5. 3-cü dəfə mürəbbəbi 5 dəqiqə ərzində bişirin və sonra oddan götürüb dərhal sterilizasiya olunmuş bankalara yığın və sterilizasiya olunmuş dəmir qapaqlarla bağlayın. Sonra ədyala bükün və soyana kimi saxlayın.
6. Hazır mürəbbəni sərin qaranlıq yerdə saxlamaq lazımdır.
Bu üsulla bişirilmiş çiyələk mürəbbəsində, demək olar, bütün faydalı maddələr saxlanılır.

Nuş olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər