Özəl:

Qırmızı meyvə mürəbbəsi



Qırmızı meyvə mürəbbəsi
Tərkibi
Yarım kq vişnə
Yarım kq çiyələk
Yarım kq böyürtkən
200 qram qarağat
Dörd yarım su stəkanı şəkər tozu
1 ədəd limonun suyu

Hazırlanması
Vişnələrin çəyirdəklərini çıxarıb bir qazana alın. Üzərinə 1 su stəkanı toz şəkər əlavə edin. Çiyələkləri təmizləyib vişnənin üzərinə yayın. 1 su stəkanı şəkər tozu gəzdirin. Böyürtkəni və qarağatı yuyub süzdükdən sonra qazana alın. Üzərinə qalan şəkəri gəzdirin və qapağını bağlayın. Bu şəkildə bir gecə soyuducuda gözlədin. Daha sonra ocağa oturdun. Batıq atəşdə, arada bir qazanı yelləyərək mürəbbəni qarışdırın və üzərində yığılan köpükləri alıb, 1 saat bişirin. Limon suyunu əlavə edin. Bir neçə dəqiqə daha bişirib ocaqdan alın. Soyuduqdan sonra təmiz və quru qablara tökün. Sərin və günəş almayan bir yerdə saxlamayın.

Nuş olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər