Özəl:

Pomidorları qışa sirkəsiz bağlayaq



Pomidorları qışa sirkəsiz bağlayaq
Ərzaqlar: ( 3 litrlik banka üçün)
Pomidor – 1,5-2 kq.
Yumru qara istiot – 5 ədəd
Dəfnə yarpağı – 3 ədəd
Şəkər tozu – 4 x.q.
Bitki yağı – 2 x.q.
Şüyüd – 1 dəstə
Duz – 1 x.q.
Su

Hazırlanması:

Pomidorları yuyuruq, quruduruq. Bankanı və qapağını sterilizə edirik. Bankanın dibinə şüyüdləri, qara istiotu və dəfnə yarpaqlarını yerləşdiririk. Pomidorları 2-4 yerə bölürük, bankaya yığırıq. 1 x.q. duz, şəkər tozu, bitki yağı əlavə edilir. Üzərinə qaynar su tökülür, bankanı su ilə tam ağzına kimi doldurmuruq, ağzını qapaqla örtüb və qaynar suya qoyuruq, 20 dəqiqə sterilizasiya edirik. Sonra qapağı bağlayırıq.

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər