Özəl:

Çuğundur acikası



Çuğundur acikası
Ərzaqlar:
Çuğundur – 1 kq.
Pomidor – 1,5 kq.
Bolqar bibəri – 6 ədəd
Sarımsaq – 2 diş
Çili bibəri – 5 ədəd
Günəbaxan yağı – 1/4 st.
Şəkər tozu – 1,5 x.q.
9 % -li sirkə – ¼ st.
Duz – zövqə görə

Hazırlanması:

Bütün ərzaqları yuyursunuz, qurulayırsınız. Sarımsaqla, çuğundurun qabığını soyursunuz. Tərəvəzləri iri hissələrə bölürsüz, sonra hamısını ətçəkəndən keçirirsiniz. Üzərinə sirkə, duz və şəkər tozu əlavə edilir, qarışdırılır. Kütlə vam odda 40 dəqiqə bişirilir. Sonra steril bankalara yığılır və qapağı bağlanılır. Banka ağzıüstə yerə qoyulur, soyuyandan sonra rəfinizə yığa bilərsiniz. Nuş olsun!

Bu acika ətin, kotletin yanında əla gedir. Tərkibində çuğundurun olduğu heç hiss edilmir...

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər