Özəl:

Acılı leço resepti



Acılı leço resepti
Bu resept xüsusilə acı qəlyanaltıları sevənlər üçündür. Bu leço möhkəm içkilərə, qızardılmış ətə, kolbasaya, qrilə əla uyğun gələcək. Bundan başqa, siz bu leçonu pitsanın hazırlanması üçün də istifadə edə bilərsiniz.

İnqrediyentlər:
Bolqar bibəri – 1,5 kq,
Çili istiotu – 3 ədəd,
Yetişmiş pomidor – 2 kq,
Qara istiot dəni – 20 ədəd,
Soğan – 2 ədəd,
Şəkər – 1/2 stəkan,
Duz – 1 x.q.,
Sirkə (9%) – 50 ml,
Qurudulmuş keşniş – 4 ç.q.

Hazırlıq prosesi:
Pomidorları soğanla birlikdə ətçəkən maşından keçirin. Bolqar və çili bibərini toxumlardan təmizləyin və incə zolaqlara doğrayın. Bütün məhsulları minalanmış qazana töküb bişməyə qoyun. Daim qarışdıraraq leçonu qaynadın. Üzərinə şəkər, duz, sirkə, qara üyüdülmüş istiot və qurudulmuş keşniş əlavə edib yenə qarışdırın. Odu minimuma qədər azaldın və daim qarışdıraraq 20 dəqiqə ərzində bişirin.
Leçonu dərhal da verə bilərsiniz və ya sterilizə edilmiş bankalara yığıb qış üçün tədarük edə bilərsiniz.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 13 sentyabr 2015 14:19
  • Xəbər sayı: 1281
  • Şərh sayı: 311
men özüm acili çox sevirəm

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər