Özəl:

Qarpız mürəbbəsi resepti



Qarpız mürəbbəsi resepti
Tərkibi
3 litrəlik banka üçün
1 kilo təmizlənmiş və doğranmış qarpız qabığı (hazırlanması reseptdə)
3 xörək qaşığı soda
1 kilo yarım şəkər tozu
15 stəkan su
1 ətirşah yarpağı və ya qısa darçın cubuğu və ya 3-4 ədəd mxək 

Hazırlanması:
Qarpızın qabığının qırmızı və yaşıl hissəsindən təmizləyin. Ağ qabığı ziqzaqvari bıçaqla təxminən 2 santimetr yarım ölçüsündə doğrayın.
Qabığı ləyənə qoyub, üstünü örtəcək qədər su doldurun. Sodanı buraya əlavə edin. Ləyəni 2 saatlığa kənara qoyun (soda qabığı bərkidəcək, bişdiyində qabıq dağılmayacaq). Qabığı süzüb, suyun altında yaxşıca yuyub yenidən süzün.
Ləyənə qabığı ördəcək qədər su tökün. Qaynadın. 2 dəqiqə qaynatdıqdan sonra, qabığı aşsüzənə boşaldın. Bu addımı bir dəfə də təkrarlayın.
Süzülmüş qabığa şəkər və 15 stəkan suyu əlavə edin. Arada qarışdıraraq orta odda qaynadın. 2 saat 45 dəqiqə qaynatdıqdan sonra, ətirşah və ya istifadə edəcəyiniz ədvanı əlavə edib, mürəbbəni 15 dəqiqə də bişirin. Hazır qarpız mürəbbəsi şəffaf və açıq sarı rəngdə olmalıdır. Əgər ləyənin kənarları şəkərlənməyə başlayırsa, deməli mürəbbə çox bişib. Bir az su əlavə edib qaynadın. Ləyəni kənara çəkin. Yarpaq və ədvanı çıxardın.
Mürəbbəni ləyəndə soyudun. Sonra isə təmiz, sterilizə edilmiş bankaya yığıb sərin yerdə saxlayın.

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 1
  • 8 iyun 2018 20:18
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Cephalexin Low Cost cialis 40 mg Order 40 Mg Fursomide Online

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər