Özəl:

Koreya üsulu qabaq



Koreya üsulu qabaq
Tərkibi:
2,5 kq təzə, bərk qabaq
0.5 kq baş soğan
0.5 kq yerkökü
5 şirin bibər
200 q sarımsaq
göyərti - şüyüd, keşniş, kərəviz, cəfəri - zövqə görə

Marinad:
1 st. bitki yağı
1 st. şəkər tozu
150 ml 9%-li sirkə 
2 x.q. duz
2 qutu koreya üsulu yerkökü üçün ədviyyat 

Hazırlanması:
Marinadı hazırlamaq üçün sadəcə gərəkli ərzağı qarışdırın (yəni qaynatmaq lazım deyil). 
Qabağı və yerkökünü xüsusi sürtgəcdən keçirin, yaxud da saman kimi doğrayın. Hətta nazik fal-fal da doğraya bilərsiniz. Bibərlə soğanı da ürəyiniz istəyən formada doğraya bilərsiniz. Xırdalanmış sarımsaqla göyərtini yerkökü və qabaqla qarışdırın. Üzərinə marinad töküb yenə qarışdırın və 3-4 saat saxlayın. 

Bu müddət keçəndən sonra salatı təmiz, quru bankalara yığıb sterilizə edin: 1-litrlik bankaları yarım saat, yarımlitrlikləri - 15 dəqiqə. Sonra qapağını bağlayın. Tərs çevirmək lazım deyil. Soyuq yerdə saxlayın. 

Nuş olsun! 

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər