Özəl:

Almalı ketçup



Almalı ketçup
Tərkibi:
3 kq pomidor
0.5 kq alma
250 q soğan
1,5 x.q. duz
1,5 st. şəkər tozu
qırmızı və qara istiot
50 q alma sirkəsi 

Hazırlanması:
Pomidorları qaynar suya salıb qabıqlarını soyun, almaları təmizləyin, hamısını xırda doğrayıb qarışdıraraq bişirin. Soğan yumşalanda blenderlə xırdalayın. Sonra yenə ocağın üstünə qoyun. Xoşladığınız qatılığa gələnədək bişirin (təxminən 50 dəqiqə). Qarışdırmağı unutmayın. Sona yaxın duz, şəkər tozu, qara və qırmızı istiot, alma sirkəsi əlavə edib qarışdırın, şəkər tozu həll olanadək bişirin.  

Sterilizə edilmiş bankalara yığıb qapağını bağlayın. 

Nuş olsun! 

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər