Özəl:

Reyhanla qurudulmuş pomidor



Reyhanla qurudulmuş pomidor
Tərkibi: 
təzə reyhan 
1/4 st. zeytun yağı
duz, istiot
12-14 ədəd pomidor 
pul bibər 
1 baş sarımsaq 

Hazırlanması:
Pomidorları dörd bölün. 
Formaya zeytun yağı töküb pomidorları düzün. 
Pomidorların üzərinə də zeytun yağı gəzdirin (təxminən 2 x.q.)
Duz, qara istiot, pul bibər səpin. Sarımsağı təmizləyib ara-bərədə düzün. 
80 dərəcə qızdırılmış sobaya qoyub 10 saat (!) bişirin. 
10 saat sonra pomidorlar büzüşəcək, amma ətri və dadı ağlı başdan alacaq. 
Bu etapda onun qabığı asanlıqla ayrılır, həvəsiniz olsa, soya bilərsiniz. 
1-litrlik banka götürüb azacıq zeytun yağı tökün. Bir neçə bişmiş pomidor dilimi, üzərinə reyhan və pomidorlarla birlikdə bişən sarımsaq düzün. Azacıq zeytun yağı töküb banka dolanadək ərzağı lay-lay düzün. 
Banka tam dolandan sonra formada qalan yağı üzərinə tökün. 
Əgər bankada bundan sonra da boş yer qalarsa, həmin yeri zeytun yağı ilə doldurun. 
Qapağını bağlayıb soyuducuda saxlayın. 

Nuş olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər