Özəl:

Alma konfitürü



Alma konfitürü
Tərkibi:
1250 q alma (1 kq qabıqsız və cecəsiz)
500 q şəkər tozu
20 q jeleləşdirən şəkər tozu*

Hazırlanması:
Almaları yuyub qabığını soyun.
Dörd bölüb cecəsini çıxarın.
Əgər almalar çox iridirsə, daha xırda doğramaq olar
Qabığı ilə cecəsini atmayın, təmiz cunanın içinə yığıb ağzını bağlayın.
Şəkər tozunu jeleləşdirən şəkər tozu ilə qarışdırın. Almanı qalın dibli qazana yığın, şəkər tozunu əlavə edin və içində qabıqla cecə olan cuna bağlamasını içinə qoyun. 
Vam odda müntəzəm qarışdıraraq 15 dəqiqə bişirin. Alma yumşalacaq, bir hissəsi püre kimi olacaq, bir hissəsi isə xırda parçalar halında bütöv qalacaq - yəni əsl konfitür. 
Cuna bağlamasını içindən çıxarın. Qaynar konfitürü qynar, sterilizə edilmiş bankalara yığın, isti qapaqla bağlayın. Tam soyudun. 
Soyuq yerdə 12 ay saxlaya bilərsiniz. Qapağını açdığınız konfitür bankasını soyuducuda saxlayın.
* Jeleləşdirən şəkər tozu - mürəbbə, cem, marmelad, konfitürün hazırlanması zamanı istifadə olunur. Onun kristalları iri olur, tez jeleləşdirməsi üçün pektin, həmçinin limon turşusu əlavə edilir. Əgər jeleləşdirən şəkər tozu tapmasanız, 1 kq alma üçün 500 q şəkər tozu götürün, bir limonun yarısının şirəsini əlavə edin və bişmə vaxtını iki dəfə artırın (yəni 30 dəqiqə bişirin). 

Nuş olsun!

loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər