Özəl:

Şərbət və təbii şirələrin faydaları



Şərbət və təbii şirələrin faydaları
Sağlam və faydalı qida deyəndə ağla ilk olaraq meyvə və tərəvəzlər gəlir. Onlardan daxili zənginliyinə, yəni vitamin, mikroelement, duz, turşu və başqa xeyirli maddələrə görə istifadə edirik. Məsələn alma şərbəti-mədə və ürəyi qüvvətləndirir, bal şərbəti-soyuqdəymə xəstəlikləri və sinə-qaraciyər ağrıları üçün,gül şərbəti isə -qaraciyər üçün çox faydalıdır. Heyva və limon şərbəti-həzmi gücləndirir,susuzluğu yatırır və s.

Bu meyvə sularından istifadə zamanı şəkərin miqdarını nəzərə almaq vacibdir. Çünki, qanda şəkəri yüksək olanlar buna xüsusi diqqət etməlidir. Bütün problem şirələrin tərkibində olan şəkərdədir ki, orqanizm tərəfindən çox asan mənimsənilir, hətta gün ərzində gərəkdiyindən artıq qəbulu qanda şəkəri artıraraq diabet xəstəliyinin yaranmasına da təkan verir. Həkimlər onu da qeyd edir ki, şirin-qazlı sulardan imtina etmək hər kəs üçün yararlıdır.

Bundan başqa həkimlər, ev şəraitində hazırlanan təbii şirələri kompleks olaraq deyil, əksinə hər meyvə şərbətini və ya şirəsini ayrı-ayrı içməyi məsləhət görür. Odur ki, təbii şirə və şərbətlərdən şəkərin miqdarına uyğun şəkildə qəbul etmək daha faydalıdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər