Özəl:

Qatıqlı umac şorbası resepti



Qatıqlı umac şorbası resepti
 
Tərkibi:
1 st. un
1 yumurta
8 st. su
1 x.q. kərə yağı
3 diş sarımsaq
1,5 st. qatıq
duz

üzərinə:

1 x.q. kərə yağı
pul bibər
nanə
 
Hazırlanması:
Unu yumurta, 1 çay qaşığı duz və bir neçə xörək qaşığı isti su ilə ovun, düyü böyüklükdə umac hazırlayın.

Bir qazanda su, kərə yağı, 1 ç.q. duz və doğranmış sarımsağı qaynadın. Taxta qaşıqla qarışdıraraq umacı əlavə edin. Xəmir yumşalanadək qarışdıraraq bişirin.

Bir kasada qatığı çalıb ehtiyatla şorbaya əlavə edin, qaynara düşənədək qarışdırın. Sonra ocaqdan götürün.

Başqa tavada kərə yağını əridin, pul bibər və nanə qatın. Şorbanın üzərinə gəzdirin.

Süfrəyə isti-isti verin. Soyuqdəymə zamanı umac şorbasının əvəzi yoxdur.

Nuş olsun!


İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər