Özəl:

Kartoflu rus mantısı resepti



Kartoflu rus mantısı resepti
Tərkibi:
xəmir:

1ədəd yumurta
1st.su
1ç.q.duz
un (aldığı qədər)

iç:

4 ədəd kartof (pürə halına gətirilmiş)
1baş soğan
1x.q. kərə yağı
duz
qırmızı toz bibər

sous:
3x.q. kərə yağı
1 ç.q. pul bibər
sarımsaqlı qatıq

Hazırlanması:

Dərin bir qaba yumurta, su və duz əlavə edərək mikserlə yaxşıca çalın. Un (ala bildiyi qədər) əlavə edib xəmiri yoğurmağa başlayın. Yoğrulan xəmiri 2 bəzənə ayırın (Bəzən: Oxlov köməyiylə orta qalınlıqda açılan xəmir).
İçini hazırlayarkən baş soğanı nazik şəkildə doğrayıb, kərə yağında qızılı rəng alanadək qovurun. Qovrulan soğanın üzərinə duz və qırmızı toz bibər, sonra isə kartof pürəsi əlavə edərək yaxşıca qarışdırın. Xəmiri yayıb stəkanla yumru dairələr kəsin. İçliyi xəmirə doldurub yarım ay şəklində bükün. Qazanda suyu qaynadıb içinə duz əlavə edin. Hazır mantıları həmin suda 5 dəq. qaynadıb, sonra süzün.
Bişmiş mantını buluda qoyun. Üzərinə kərə yağı və ya sarımsaqlı qatıq gəzdirin.

Nuş olsun!
Offline
  • Şərh №: 6
  • 19 mart 2017 23:59
  • Xəbər sayı: 0
  • Şərh sayı: 25
bu bildiyimiz duwberenin kartof formasidi))
Offline
  • Şərh №: 5
  • 19 mart 2017 10:00
  • Xəbər sayı: 14
  • Şərh sayı: 122
Etle dadmiwam qewenqdi,kartofla bilmirem nece olar,mence pis olmaz
Offline
  • Şərh №: 4
  • 18 mart 2017 21:49
  • Xəbər sayı: 2
  • Şərh sayı: 57
kartofla dadmamisam.yeqin yaxsi olar.tesekkurler
Offline
  • Şərh №: 3
  • 18 mart 2017 17:41
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
Sitat: YalniZ-ArZu
Etle dadli olar,onda da ,anti yox pelmeni olacaq)

mencede kartofla dadli olmaz
Offline
  • Şərh №: 2
  • 18 mart 2017 11:33
  • Xəbər sayı: 0
  • Şərh sayı: 71
Elede bayılmıram,ona göre cox hazırlamıram kartofla,esasen etle edirem,amma eslinde kartofla olmalıdır
Offline
  • Şərh №: 1
  • 18 mart 2017 11:29
  • Xəbər sayı: 17
  • Şərh sayı: 140
Etle dadli olar,onda da ,anti yox pelmeni olacaq)

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər