Özəl:

Kartoflu fokaççini



Kartoflu fokaççini
Fokaççini italyan mətbəxinə məxsusdur. O, pizzanın sələfi hesab olunur. Əgər tarixinə varsaq, lap Qədim Yunanıstana gedib çıxmaq olar. Oradakılar Plakuntos - zeytun yağı, pendir və göyərti qarışdırılmış yastı çörək hazırlayırdılar. Bu iki mədəniyyət bir-birinə sıx bağlandığından tezliklə yastı çörək sezarların ölkəsinə də gəldi. Burada ona Placenta deyirdilər. Əsasən kasıblar arasında populyar olduğu üçün bu çörəyə ançous və göbələk əlavə edirdilər (orada ən kasıbların ançous və göbələk əldə etmək imkanı vardı). Kəndilərin zeytun və digər ərzaq əlavə etdikləri Placenta adını dəyişib fokaçça oldu. Hazırlanma qaydası əsrlər boyu xeyli dəyişsə də, adı dəyişmədi. Fokaççonu ət xörəkləri ilə süfrəyə verirlər. 

Tərkibi (8 pay): 
300 q un
150 ml isti süd
50 q kərə yağı
12.5 q yaş maya
6 q duz
200 q kartof püresi
 
Hazırlanması:
Kartofu suda bişirib qabığını soyun, püre halına salın. 

Unu yaş maya ilə yaxşıca qarışdırın. Yumşaq kərə yağı, isti süd qatıb xəmir yoğurun. Duz və kartof püresi əlavə edin. 5 dəqiqə yoğurun. Xəmir yumşaq olmalıdır. 

Xəmiri kündələyib isti yerə qoyun. Həcmi iki dəfə artandan sonra 0.5 sm qalınlıqda yayın. 5 sm diametrli dairələr kəsin. Perqament döşənmiş formaya düzüb əvvəlcədən 220 dərəcə qızdırılmış sobada 15 dəqiqə, qızılı rəng alanadək bişirin.

Bişdikdən sonra üzərinə sarımsaqlı yağ və iri duz da səpə bilərsiniz. 

Fokaççinini tavada da bişirmək olar. 

Fokaççinini ortadan iki böləndə içi boş olur. Həmin boşluğa salat, pendir və s. doldurmaq olar. 

Nuş olsun!
Offline
  • Şərh №: 1
  • 26 fevral 2017 14:40
  • Xəbər sayı: 7
  • Şərh sayı: 151
güzel görünür sinamaga deyer mence

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər