Özəl:

Polyak üsulu nyokki



Polyak üsulu nyokki
Adətən bunların adı kulinariyada mübahisələr doğurur: kimi deyir, kletskidir, kimi deyir, klyotski, kimi qaluşki, kimi də nyokki. Amma bu onun nə dadını, nə hazırlanma qaydasını dəyişir.

Tərkibi (4-6 pay): 
1 kq kartof
2 yumurtanın sarısı
kartof nişastası
duz
sous (göbələkli, yaxud ətli) 

Hazırlanması:
Kartofu qaynadın, qaynara düşəndə duz qatın, bişdikdən sonra suyunu süzüb püre hazırlayın. 

Ləyənə qoyun. Üzərini hamarlayın. Gözəyarı 4 yerə bölüb bir hissəsini çıxarın. Həmin o hissənin yerinə digər hissələrlə eyni səviyyəyə gələnədək kartof nişastası tökün. Sonra çıxardığınız kartof püresini və əlavə 2 yumurtanın sarısını da ləyənə qaytarıb xəmir yoğurun. 

Xəmirdən qoz boyda kündələr tutun, ortasını barmaqla basıb çala açın. 

Qaynayan duzlu suya salıb suyun üzünə çıxanadək bişirin. Sonra kəfkirlə çıxarıb düz buluda çala tərəfi yuxarı olmaqla düzün. Üzərinə ət, yaxud göbələk sousu əlavə edin, doğranmış göyərti səpin.

Nuş olsun!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər