Özəl:

Maxara resepti



Maxara resepti
Ərzaqlar:
Yumurta – 3 ədəd
Un – 1 kq.
Süd – 1 litr
Duz – 0,5 ç.q.
Su – 500 ml.
Şəkər tozu – 250 qr.

Hazırlanması:
Əvvələ yumurtalar sındırılır, üzərinə şəkər tozu əlavə edilir və qaşıqla və ya yumurta çırpanla qarışdırılır. Qarışdıra-qarışdıra buraya süd də əlavə edilir. Sonra duz və un tökülür, qarışdırılır. Qatı alındısa, bir az da süd-su əlavə edə bilərsiz. Xəmir blinçik xəmiri kimi bir az duru olmalıldır, qatı yox.
Əsl maxara sacda bişirilir. Sac isidilir, yağlanır. Sonra xəmirdən 1 stəkan götürülür və sacın üstünə tökülür, hər iki üzü qızardılır. Üzərinə bal çəkilir və süfrəyə verilir.

Nuş olsun!
Offline
  • Şərh №: 1
  • 20 mart 2017 12:10
  • Xəbər sayı: 14
  • Şərh sayı: 122
Maxara ne???Terkibi pis deyil

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər