Özəl:

Düyü və pomidorla sformato



Düyü və pomidorla sformato
Tərkibi (8-10 pay): 
400 q uzun düyü
3-4 ədəd orta boy qabaq
250 q çerri pomidoru 
300 q rikotta və ya ev kəsmiyi 
400-500 ml qatıq 
6-8 x.q. zeytun yağı
1 dəstə reyhan
1 dəstə nanə
1 dəstə şüyüd (cəfəri də olar)
dəniz duzu
qara istiot 
1 limonun şirəsi 
üzüm sirkəsi 

Hazırlanması:
Düyünü bişirib süzün, soyudun. Düyüyə xırda doğranmış şüyüd, nanə, yarım dəstə reyhan, rikotta, qatıq, limon şirəsi, duz, istiot, 3-4 x.q. zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Dadına baxıb duz-istiotunu ayarlayın. 
Qabağı uzununa nazik doğrayın. 
İri qazanda su qaynadın. Duz vurun. Qabaq dilimlərini 3-4 dəqiqə qaynayan suda saxlayın. Çıxarıb aşsüzənə düzün. 
Formanın (silikon deyilsə, içinə zeytun yağı çəkin) içinə qabaq dilimlərini çiçək ləçəkləri kimi yanaşı düzün, kənarları azca qırağa çıxsın. 
İçi töküb hamarlayın. Qabaqların kənarda qalan hissələrini üzərinə qatlayın. Üzərinə qida plyonkası çəkib soyuducuda ən az 2, ən yaxşısı isə 4-6 saat saxlayın. 
Çerri pomidorlarını ortadan bölün, duz-istiot vurun. Doğranmış reyhanla qarışdırın. Üzərinə sirkə və zeytun yağı gəzdirin. 
Sformatonu soyuducudan çıxarın, qida plyonkasını açın, boşqaba tərs çevirin. 
Üzərinə pomidorları düzün. Zeytun yağı gəzdirin. 

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 27 iyun 2016 21:01
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Çox qarışıq reseptdi sevmedim

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər