Özəl:

Feyxoda resepti



Feyxoda resepti
Tərkibi (6 pay): 
2 st. iri qırmızı lobya
3 baş soğan 
3 diş sarımsaq 
1 x.q. tomat pastası
200 q mal əti 
2 ədəd dəfnə yarpağı
1 acı qırmızı istiot 
1 acı göy istiot 
250 q sucuq (kolbasa) 
250 q sosiska
1 limonun sedrası
3 x.q. zeytun yağı
duz

Hazırlanması:

Lobyanı axşamdan isladın. Səhəri gün suyunu süzün. Üzərinə 2 barmaq qalınlıqda çıxanadək su töküb bişirin. Yumşaldıqdan sonra suyunu süzün, amma atmayın. 

Soğanla sarımsağı xırda doğrayıb tavada qovurun. Tomat pastası əlavə edin. Başqa tavada xırda doğranmış əti qovurun (suyunu buraxıb yenidən quruyanadək bişsin). Ət yumşalanda üzərinə qovurduğunuz soğan-tomat qarışığını əlavə edin. Bişmiş lobyanı əlavə edin. Duz vurun. Dəfnə yarpağı, halqa doğranmış qırmızı və göy istiot, doğranmış sucuq və sosisləri də əlavə edib qovurun. Lobya suyu, zeytun yağı və limon sedrası əlavə edib bişirin. 

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 1 iyun 2016 14:40
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Tewekkürler.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər