Özəl:

Qızardılmış süd



Qızardılmış süd
Tərkibi:
~süd— 0,5 L
~kərə yağı — 150 q
~ələnmiş un — 300 q
~şəkər tozu— 150 q
~yumurta— 3 əd
~çörək qurusu qırıntıları (suxari) — 250 q
~bitki yağı
~1 çimdik darçın tozu
~yarım limonun qabığı
~meyvə siropu və ya mürəbbə məti

Hazırlanması:

Kərə yağını bir qabda ocağa qoyun. Yağ əriyənədək yumurtanın ağını sarısından ayırın.
Yağ əridikdən sonra ələnmişiş unun 2/3 hissəsini üzərinə əlavə edin və dayanmadan qarışdırın (ocağın altını azaltmaq şərtilə). Qabı ocaqdan götürmədən 2-3 dəqiqə dayanmadan qarışdırın. Üzərinə şəkər tozu əlavə edin və qarışdırmağa davam edin.
Alınmış qarışığa limonun qabığı və darçını əlavə edin.
Qarışdıraraq südü əlavə edin. Krem qaynayanadək qarışdırın, sonra isə ocaqdan götürərək bir az soyumasını gözləyin.
yumurtanın sarısını bir-bir əlavə edərək sürətlə qarışdırın ki, bişməsinlər.
Böyük dayaz qabı bitki yağı ilə yağlayın və üzərinə çörək qırıntılarını səpin. Alınmış kremi qaba tökərək hamar yayın (optimal hündürlük təqribən 2 sm).
Qabı soyuducunun buzluğuna 3 saatlıq qoyun. Sonra çıxararaq xırda-xırda doğrayın.
Yumurtanın ağlarını çəngəl ilə qarışdırın.
Alınmış hər xırda tikəni birinci una, sonra yumurtaya və suxarıya batırın. Kremin buzu açılmamalıdır, cəld hərəkət edin.
Alınmış tikələri yaxşıca qızmış yağda qızardın. Sonra tikələri kağız salfetlərə qoyun ki, yağı hopsun. Qonaqlara meyvə siropu və ya mürəbbə məti ilə təqdim edin.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 26 may 2016 13:39
  • Xəbər sayı: 1
  • Şərh sayı: 57
Maraqlidi

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər