Özəl:

Meyvəli pizza resepti



Meyvəli pizza resepti
Tərkibi:
Xəmiri üçün:
50 qr acıbadem (firma adı) bisküvisi
1 qəhvə fincanı marqarin
1,5 qəhvə fincanı şəkər tozu
bir çimdik duz
1 portağal qabığı rəndəsi
1 çay qaşığı qabartma tozu
2,5 qəhvə fincanı un
3 yumurta

Içi üçün:
250 qr çiyələk və ya böyürtkən
1 xörək qaşığı pudra şəkəri
1-2 xörək qaşığı çiyələk liköru
300 qr şaftalı
250 qr üzüm
50 qr ağ şokolad
1 paket vanil
2 xörək qaşığı çəkilmiş fıstığ
300 qr krem şanti

Hazırlanması:
Sobanı 200 dərəcəyə nizamlayıb əvvəldən istilədin, kiçik soba qabını yağlayın.
Biskvitləri kiçik parçalara bölün. Yumurtaların ağlar ilə sarılarını ayırın.
Yumurta sarısı, marqarin, şəkər və duzu çalın. Portağal qabığı, qabartma tozu və unu əlavə edib qarışdırın.
Yumurta ağlarını köpük halını alana qədər mikserlə çalın.
Yumurta ağlarını və əzilmiş biskuviti unlu qarışığa əlavə edin.
Xəmiri tartölet qəliblərinə paylaşdırın. Sobaya qoyub 12 dəqiqə bişirin.
Hazırlanmış pizzanı korlanmamasına diqqət edərək qabdan çıxarın.
Bu vaxt çiyələyi, pudra şəkəri və çiyələk likör ilə püre halına gətirin.
Şaftalını dilimləyin. Üzümləri yuyub saplarını çıxarın. Şokoladı rəndənin iri tərəfi ilə rəndələyin.
Xəmirlərin üzərinə çiyələkli püreni sürün. Kənarlarından boşluq buraxın.
Şaftalı və üzümləri qarışığın üzərinə yerləşdirin. Rəndələnmiş şokoladı və fındığı səpin.
Vanil krem şantini əlavə edib qarışdırın.
Meyvəli pizzanı krem şanti ilə süfrəyə təqdim edin.

Nuş Olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 7 may 2016 16:01
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Maraqlidi yeqin dadlı olar

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər