Özəl:

Karri paff resepti



Karri paff resepti
Tərkibi: 
iç: 

3 x.q. bitki yağı
150 q baş soğan 
15 q sarımsaq 
15 q təzə zəncəfil
20 q qırmızı, yaxud göy çili
1/2 ç.q. sarıkök və ya zirə 
1/2 üyüdülmüş cirə 
1 ç.q. qaram masala (qara və ağ istiot, mixək, muskat cevizi, ağ və qara zirə, darçın, keşniş toxumu, badyan, hil)
1,5 ç.q. karri 
1 ç.q. çili tozu
400 q xırda doğranmış toyuq əti, yaxud qiyməsi 
200 q kartof
130 q kəvər 
100 q göy noxud
20 q göy soğan 
0,5 ç.q. duz
2 x.q. limon şirəsi 

adi xəmir: 

300 q un 
0,5 ç.q. duz
125 ml isti su
1 yumurta
1 x.q. bitki yağı

yağlı xəmir: 

150 q un 
90 q kərə yağı

Hazırlanması:

Yağı iri tavada qızdırın, doğranmış soğan, sarımsaq, sürtgəcdən keçirilmiş zəncəfil əlavə edin. Qoxusu çıxanadək qovurun. Ədviyyat qatıb qarışdırın. Xırda doğranmış toyuq filesini, yaxud qiyməni əlavə edib aradabir qarışdıraraq bişirin. Kubik doğranıb suda bişmiş kartofu, kəvəri, göy noxudu əlavə edin, hazır olanadək bişirin. Sonda göy soğan, duz və limon şirəsi qatın. Qarışdırıb ocaqdan götürün, tam soyudun. 

Adi xəmir üçün olan ərzağı bir qaba yığıb elastik xəmir yoğurun. Təxminən 15 dəqiqə yoğurduqdan sonra iki bərabər hissəyə bölüb üzərinə qida plyonkası çəkin, bir kənara qoyun. 

Yağlı xəmir üçün: 90 q kərə yağını kubiklərə doğrayıb soyudun. Soyuduqdan sonra unu yağla döyün, sonra əlinizlə təxminən 10 dəqiqə yoğurun. Bunu da 2 yerə bölüb digər xəmirin yanına qoyun, üzərini örtün (bu vacibdir, çünki xəmir quruya bilər).

Adi xəmirin bir kündəsini azca un səpilmiş masada dairəvi yayın. Ortasına 1 yağlı xəmir kündəsi qoyun, adi xəmiri üzərinə çəkib qıraqlarını bitişdirin (yağlı xəmir adinin içində qalsın). 
Alınan kündəni nazik dördbucaqlı formada yayın. Nə qədər nazik olsa, bir elə yaxşıdır, amma çalışın, bu zaman adi xəmir olan qat cırılmasın. Sonra bunu rulet kimi sıx bükün. 
Sonra bu ruleti də yenidən rulet kimi bükün, yayıb yenə də rulet kimi sıx bükün. 
Alınan ruleti 5 mm qalınlıqda doğrayın. O zaman xəmirin üzərindəki spirallar bəlli olacaq. 
Azca un səpilmiş masada bu dilimlərin hər birini nazik yayın. İçinə 1-1,5 ç.q. iç qoyun, kənarlarına azca su çəkib şəkərbura kimi bükün. Bütün xəmiri və içi bu qaydada hazırlayın. (Karri paffı bu halda dondurucuda 3 ay saxlamaq olar. Sonradan çıxarıb qızartdıqda donunu açmaq gərək olmur).

Balaca, hündür qazana çoxlu yağ tökün (fritür kimi), qızdırın, karri paffların hər iki üzünü qızardın. Kəfkirlə çıxarıb kağız dəsmalların üzərinə düzün ki, artıq yağını çəksin. 
Süfrəyə həm isti, həm də soyuq halda vermək olar. 

Nuş olsun!
loading...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər