Özəl:

Çin fətiri



Çin fətiri
Tərkibi (4 pay):
225 q un
150 ml qaynar su
1 ç.q. küncüt yağı
4 göy soğan
bitki yağı (zövqə görə)

Hazırlaması:
Unu ləyənə ələyin, duz, küncüt yağı və qaynar su qatıb taxta qaşıqla sürətlə qarışdırın, un tam islanıb ovuntuq kimi xəmir alınacaq. Bir qədər soyudub əlinizlə yoğurun.
Kündələyib üzərinə dəsmal çəkin, 20-30 dəqiqə saxlayın.
Göy soğanı yuyub xırda doğrayın.
Masaya un səpib xəmiri 2-3 mm qalınlıqda düzbucaqlı yayın. Üzərinə bitki yağı çəkin (zövqə görə - günəbaxan, qarğıdalı, küncüt, acı sevirsinizsə, çili yağı və s.). Üzərinə doğranmış soğanı səpin.
Sıx rulet kimi bükün, 12 dilimə doğrayın.
Hər dilimin ucunu bərkidin, sonra əlinizlə yastılayıb, 10 sm diametrində yayın. Yaxşı olar ki, bu zaman çox un səpməyəsiniz, çünki qızardanda həmin un yanacaq.
Bitki yağını tavada orta itilikli odda qızdırın, fətirləri düzüb qızılı rəng alanadək hər iki üzünü qızardın.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 2
  • 1 iyun 2018 10:07
  • Xəbər sayı: 0
  • Şərh sayı: 1526
Viagra Dove Si Acquista Levitra Listino In Farmacia Prezzo Levitra Online tadalafil cialis from india Cialis Farmacia Sin Receta Direct Pharmacy Usa

--------------------
Offline
  • Şərh №: 1
  • 3 may 2016 14:27
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Dadli olar.terkibide yaxşıdı

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər