Özəl:

Frankfurt sousu



Frankfurt sousu
Tərkibi:
şüyüd
cəfəri
göy soğan 
ispanaq (başqa göyərtilər də götürə bilərsiniz) 
250 q xama
3 bişmiş yumurta
3 x.q. bəyaz üzüm sirkəsi
6 x.q. günəbaxan yağı
1 x.q. xardal 
duz, istiot, şəkər tozu

Hazırlanması:
Yumurtaları suda bişirin, ağını sarısından ayırın. Yumurta sarılarını çəngəllə əzib bitki yağıyla qarışdırın. Xardalla sirkəni, zövqə görə şəkər tozu, duz, istiot qatıb eynicinsli kütlə alınanadək qarışdırın. 
Yuyulub suyu çəkilmiş göyərtini xırda doğrayın. Ət maşını, yaxud blenderdən  də keçirə bilərsiniz. 
Xamanı göyərtiylə qarışdırın, yumurta sarısı ilə olan qarışığı əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın. Bişmiş yumurta ağlarını da xırda doğrayıb əlavə edin. Təxminən 1 saat otaq temperaturunda saxlayın. 
Frankfurt sousu bişmiş kartof və ət xörəklərinin yanında süfrəyə verilir. 
 

 

 

 

 


Nuş olsun! 

loading...
Offline
  • Şərh №: 1
  • 5 may 2016 14:03
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Heç beyenmedim.

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər