Özəl:

Acika kök ilə



Acika kök ilə
Tərkibi:
1 kg pomidor
1 kg kök
500 qr bolqar bibəri
500 qr alma
150 qr sarımsaq
2 əd qırmızı acı bibər
150 qr bitki yağı
1 x/q sirkə (70%)
zövqə görə duz
zövqə görə şəkər tozu

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Pomidorlar ətçəkəndən keçirilərək bişməyə qoyulur. Qaynama həddinə çatdırılaraq 20 dəqiqə bişirilir.

3. Həmçinin almalar, kök, bolqar bibəri, sarımsaq ətçəkəndən keçirilərək pomidorlara əlavə edilir. Alınan kütləyə bitki yağı, duz və şəkər tozu əlavə edilir. Hamısı birlikdə əlavə olaraq 30 dəqiqə bişirilir. Axıra yaxın xırda doğranmış acı bibər və 1 x/q sirkə əlavə edilir.

4. İsti məhlul sterilizə edilmiş bankalara əlavə edilərək bağlanılıb, dəsmalla bükülür.

5. Acika hazırdı! Yaginki, original abxaz ədviyyatına bənzəməsədə, lakin çox dadlı və iştah açandır.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 5 may 2016 14:06
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Mence dadı pis olar

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər