Özəl:

Pizza resepti



Pizza resepti
Tərkibi:
2 yumurta
1,5 stəkan ilıq süd
100 qr kərə yağı
un
2 ç/q maya

Üstü üçün:
bibər
pomidor
soğan
göbələk
yumurta
1 x/q pomidor pastası(tomat)
sosiska(toyuq əti yaxud kolbasa)
qara zeytun
cəfəri(petruşka)
holland pendiri
duz 
istiot

Hazırlanması:
1.  2 ç/q maya stəkana tökülür. Üzərinə 1 x/q un və 1 ç/q şəkər tozu tökülür. İlıq su tökülüb yaxşı həll edilir. Sonra isti yere qoyulur. 

2.  Maya qalxandan sonra yeke bir qaba tökülür ve üzərinə yumurta, süd, yağ, un , duz əlavə olunub xəmir yoğrulur.Xəmir yumuşaq olmalıdı. Sonra xəmiri 1 saat isti yerdə saxlayırıq.

3. Xəmir şişənə kimi kənarda üstü üçün lazım olan ərzaqları hazırlayırıq. İlk əvvəl bir qaba 1 x/q pomidor pastası, 1 yumurta və biraz su tökülür, yaxşı qarışdırılır (bu xəmirin üzərinə çəkmək üçündü). Bibər, qara zeytun, pomidor, soğan, göbələk, sosiska cəfəri doğranılır.

4. Xəmir hazır olandan sonra 3 kündə edirik. Kündəni oxlovla 1 sm qalınlığında açırıq. Üzərinə pomidor pastası,  yumurtadan ibarət qarışığdan çəkilir və üzərinə pomidor, zeytun, soğan, göbələk, sosiska cəfəri düzülür.Duz, istiot vurulur .

5. Əvvəcədən 200 dərəcədə isidilmiş sobada 15-20 dəqiqə bişirilir, sobadan çıxardılır üzərinə sürtgəcdən keçırılmış holland pendiri tökülür. Yenidən
sobaya qoyulur. 2-3 dəq sonra yenidən götürülür (pendir əriyəndən sonra).

Nuş olsun!

loading...
Offline
  • Şərh №: 1
  • 25 aprel 2016 20:58
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Ayy çooooxxxx beyendim olsa yesemm 126

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər