Özəl:

Narşərabla armudlu piroq



Narşərabla armudlu piroq
Tərkibi (6 pay):
3 x.q. portağal şirəsi
1/4 st. narşərab
1 st. şəkər tozu
2 x.q. kərə yağı
4-5 ədəd iri armud (Bosc tipli, təxminən 750 q)
1 st. azca qovrulmuş qoz
1,5 st. un
1,5 ç.q. qabartma tozu
0,5 ç.q. soda
0,5 ç.q. duz
1/4 ç.q. üyüdülmüş hil
4 yumurta
1 ç.q. sürtgəcdən keçirilmiş portağal sedrası
1 st. zeytun yağı

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. 25 sm diametri və ən azı 5 sm hündürlüyü olan formanı yağlayın, perqament döşəyin (dördbucaqlı şörək forması da götürmək olar).

Armudları yuyub soyun, uzunasına iki bölüb cecəyini çıxarın.
İri tavada portağal şirəsi, narşərab, 1/4 st. şəkər tozu, kərə yağını qarışdırın, ocağa qoyub orta itilikli odda qarışdıraraq 4 dəqiqə bişirin. Şəkər tozu bu müddətdə əriməli, şərbət bir az qatılaşmalıdır. Armudları kəsiyi yuxarı olmaqla içinə düzüb 3 dəqiqə bişirin. Azca soyudun, sonra armudları kəsiyi aşağı olmaqla formaya düzün.

İçində şərbət olan tavanı yenidən ocağın üstə qoyun, orta itilikli odda daha 5 dəqiqə, qatılaşınca bişirin. Şərbəti armudun üzərinə gəzdirib dondurucuya qoyun (amma donmasın).

Bu müddətdə xəmiri hazırlayın.
Qozu kombaynda unla birlikdə üyüdün. Qabartma tozu, soda, duz və hil əlavə edin. Mikserin orta sürətində yumurta, sedra və şəkər tozunun qalanını (3/4 st.) 5 dəqiqə çalın. Quru qarışığı iki dəfəyə əlavə edin. Sonra tədricən zeytun yağını əlavə edin. Qarışığı formadakı armudların üzərinə töküb qaşıqla hamarlayın.

50-60 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Şəbəkənin üzərində elə formanın içində 20 dəqiqə soyudun. Sonra iti bıçaqla kənarlarını formadan ayırın, boşqaba tərs çevirin. Perqamenti çıxarıb tam soyudun.

Süfrəyə verərkən üzərinə bir qədər narşərab gəzdirə bilərsiniz. Həmçinin süfrəyə krem-freş, xama və çalınmış qaymaqla verə bilərsiniz.

Nuş olsun!
loading...
Offline
  • Şərh №: 1
  • 5 may 2016 14:26
  • Xəbər sayı: 198
  • Şərh sayı: 905
Hec xowuma gelmedi sakiz

--------------------

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Vətənim Azərbaycan

Xəbər lenti

Sorğu

 

Bədən görünüşünüzün mükəmməl olduğunu düşünsəniz seçəcəyiniz kürək dekoltesi hansı olardı?

1.Sadə
2.Cəsur

 
 

Ən çox baxılan xəbərlər